Ölkəmizdə səfərdə olan Polşa Seymindəki Polşa-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və üzvləri iyunun 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Polşa parlamentinin deputatları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə güllər qoyublar. Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəni seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib.
Nümayəndə heyətini Milli Məclisin deputatları – Azərbaycan-Polşa parlamentlərarası dostluq qrupunun rəhbəri Səttar Möhbalıyev və Ülviyyə Həmzəyeva, həmçinin digər rəsmi şəxslər müşayiət ediblər.