“Fransa Azərbaycan və Ermənistan arasında 20 ildir, davam edən Dağlıq Qarabağ probleminin həlli üçün səylərini davam etdirəcək”.
APA-nın məlumatına görə, bu sözləri Fransa prezidenti Fransua Olland Fransa-erməni Təşkilatları Koordinasiya Şurasının təşkil etdiyi illik yeməkdə deyib.
Qondarma “erməni soyqırımı”nı ilə bağlı danışan Fransa lideri yüzüncü ilin “soyqırım”ın tanınması istiqamətində yeni bir mərhələ, jest olacağına inandığını deyib: “Tabuları yıxmaq zamanı gəlib. Ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə həyatını itirən ermənilərin indiki nəslinə başsağlığı verəndə İrəvanda bu addımı alqışlamış, lakin yetərli olmadığını bildirmişdim. Real səylər göstərilməlidir. Türkiyə və Ermənistanın xalqlarının yeni başlanğıc kəşf etmələrinin zamanıdır”.
F. Olland 24 apreldə İrəvana səfər edəcəyini də açıqlayıb.

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









