Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmasına dair Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Silahlı Qüvvələrin 786 hərbi qulluqçusu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Təltif edilənlərin 3-ü polkovnik, 39-u polkovnik-leytenantdır.