Prezident İlham Əliyevin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində çıxışı zamanı söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “apsny.ge” “interpressnews.ge” xəbər portalları, “1tv.ge” televiziyası Azərbaycan Prezidentinin çıxışından materiallar yayımlayıb.
Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin yaşıl enerji ilə bağlı imzalanan sazişin əhəmiyyəti, bu sənədin dövlətlər arasında birliyin, strateji tərəfdaşlığın, ticarət əlaqələrinin möhkəmlənməsi istiqamətindəki rolu barədə fikirləri yer alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi