Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə bu ölkədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının bununla bağlı göndərdiyi məktubda qeyd edilib: “Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı”.
Prezident İlham Əliyev faciə ilə əlaqədar Kral VI Məhəmmədə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.