Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Xocavənd Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla İman Baxşaliyevin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən həmin ərazidə minaya düşməsi nəticəsində sağ ayağının topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyənləşdirilib.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.