Qətərin Baş naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Dohada keçirilən “DIMDEX 2022” Dəniz Müdafiə Sərgi və Konfransında iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Mədəd Quliyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə