AMEA Qafqazşünaslıq İnstitutu
“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda
Respublika elmi konfransı keçirir.
Bakı, 14 oktyabr 2021-ci il
Konfransın bölmələri:
– Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri.
– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri.
– Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi.
– Beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri.
– Azərbaycan dövlətinin güc meyarları.
– Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində.
– İkinci Qarabağ müharibəsi və nəticələri
– Prezident İlham Əliyev – görkəmli dövlət və siyasi xadim.
Tezislərin hazırlanması qaydası:
– Microsoft Word A4 ölçüdə 1 səhifə (300 söz), Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;
– Titul səhifədə sağda, yuxarıda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
– Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.
Tezislərin son təqdim edilmə tarixi: 15 sentyabr.
Tezislərin qəbul edilməsi, yaxud da qəbul edilməməsi haqqında müəlliflərin məlumatlandırılması tarixi: 25 sentyabr.
Konfransın Elmi Komitəsi tərəfindən müsbət rəy alan tezislər qəbul olunacaq və dərc ediləcəkdir.
E-mail: [email protected]
Təşkilat komitəsi
Ünvan: AMEA Qafqazşünaslıq İnstitutu. Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 445-ci otaq
Tel: +994 12 539 89 55.
Əlavə məlumat üçün