
Milli Arxiv İdarəsi Şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş bölgələrimiz haqqında arxiv sənədləri əsasında silsilə xarakterli “Qarabağ Azərbaycandır!” adlı layihəsini davam etdirir.
Növbəti layihə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbənin nəticəsi olaraq imzalanmış üçtərəfli Bəyanata əsasən, işğaldan azad edilmiş Kəlbəcərə həsr olunub.