“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.
APA-nın “Kommersant”-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.
Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-un kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədinin qalıqları tapılıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 7-si uşaq olmaqla, 11 nəfər xəstəxanaya yerləşdirilib.
Ölkənin Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb.