Hazırda Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində iki milyondan artıq ağac tingləri yetişdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin inkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
O bildirib ki, payız ağac əkinində nazirliyin tinglik sahələrində yetişdirilən ağac tinglərindən istifadə olunacaq.
V.Fərzəliyevin sözlərinə görə, meşə əkinləri zamanı tut ağaclarının da əkilməsi planlaşdırılır.
“Respublikada “Baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi” məqsədilə tut plantasiyalarının salınması üçün nazirliyin tinglik sahələrində yetişdirilən tut tinglərinin müvafiq rayon icra hakimiyyətlərinə verilməsi təmin edilir”, – deyə V.Fərzəliyev qeyd edib.