Rusiyanın Ural Operativ Gömrüyü (UOG) tank tənzimləyicisinin ehtiyat hissələrinin Ermənistana göndərilməsi cəhdinin qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə UOG-un mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Çelyabinsk vilayətinin sakini Ermənistana kuryer xidməti vasitəsilə hərbi təyinatlı məhsullar, o cümlədən T-72 tankları üçün 37 tənzimləyici və tank tənzimləyicisi üçün 30 ehtiyat hissəsini yola salarkən saxlanılıb. Məhsulları göndərən şəxs gömrük xidmətinə saxta sənədlər təqdim edib.
Hadisə ilə bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə və ya bir milyon rubl məbləğində cərimə gözləyir.
Qeyd edək ki, sözügedən məhsulların açıq satışı qadağandır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva