“Gənc Sahibkarlar Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sahibkar olmaq istəyən gənclərin START UP təlimləri” layihəsini həyata keçirib.Layihə çərçivəsində “Sahibkar olmaq istəyən gənclər üçün yaddaş kitabçası” çap edilib, gənclərin biznes ideyaları ətrafında müzakirələr aparılıb, onların təqdim etdikləri START UP layihələrinə baxılıb və ekspertlər gənclərə layihələrlə bağlı öz məsləhətlərini veriblər. Bundan əlavə, 100 tələbə və gənc sahibkara 3 günlük təlimlər keçirilib.
Peşəkar təlimçi Niyazi Qasımsoy gənclərə biznes-planın tərtib olunması və biznesin açılması, tanınmış marketinq və peşəkar PR menecer Günay Malikqızı özəl sahibkarlıqda marketinq və PR fəaliyyəti, Mahmud Yusifov isə insan kapitalı və kadr siyasəti mövzularında treninq keçiblər. Təlim iştirakçılarının hər birinə sertifikat və “Sahibkar olmaq istəyən gənclər üçün yaddaş kitabçası” təqdim edilib.