Bakıda “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib
Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan tədbirdə əvvəlcə yarışda iştirak edən 36 ölkənin bayrağı tamaşaçılara təqdim olunub.