İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə cari ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi həcmində və yaxud 1 milyard 552,4 milyon manat istifadə olunub.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, həmin vəsaitin 1 milyard 353,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 1 milyard 58,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 239,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 33,7 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 20,5 milyon manat və işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması işlərinin aparılması üçün 1,7 milyon manat), 182 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idmanyönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











