Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 7-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.