Müdafiə Nazirliyi: Avqustun 13-ü və 13-dən 14-ə keçən gecə atəşkəs rejimi pozulub
Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Cəvahirli və Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.