Türkiyə Prezidenti: Zəngəzur dəhlizi regionun bütün ölkələrinə fayda gətirəcək
Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan, Ermənistan və Türkiyənin deyil, bütün region dövlətlərinin xeyrinə olacaq. Biz bu marşrutu çox mühüm geoiqtisadi təşəbbüs kimi qəbul edirik. AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lefkoşaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.