
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlət başçısının sözləri nur.kz, aikyn.kz, arbatmedia.kz, exclusive.kz, el.kz və ulysmedia.kz kimi resurslarda dərc olunub.
Dövlət başçısına istinadla Şuşa Media Forumunun artıq ənənəvi tədbirə çevrildiyi bildirilir: “Ümid edirəm ki, bu ənənə davam edəcək. Zaman keçdikcə qonaqlarımızın sayı artır, coğrafi əhatə genişlənir”, – deyə bu ölkənin mətbuatı Prezident İlham Əliyevdən sitat gətirir.
Qazaxıstan mətbuatı Prezident İlham Əliyevə istinadla danışıqlar prosesinin keçdiyi illər ərzində Azərbaycanın ünvanına dəfələrlə işğalı qəbul etməyə çağırışların səsləndirildiyi barədə yazıb: “Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu”.
Bundan əlavə, nəşrlərdə dövlət başçısına istinadla BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə də məlumat verilir. Bu tədbirdə iştirak etmək üçün Azərbaycana gələnlərin sayının bu mövzunun əhəmiyyətini əyani şəkildə nümayiş etdirdiyi ilə bağlı sitat gətirilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











