Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi sosial aksiya keçirilib.
Azərbaycan reallıqlarının təbliği istiqamətində fəallıq göstərən avstraliyalı vəkil Steven Blyth Şuşa şəhərinə səfər edib. Səfərdə məqsəd işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın qədim abidə və tikililəri ilə tanışlıq və erməni vandalizminin əyani şahidi olmaqdır.
Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir.
Praqadakı Azərbaycan Mədəniyyət Evində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan son illərdəki memarlıq inciləri ilə ilk dəfə Venesiyada Beynəlxalq Arxitektura Biennalesində iştirak edir. AZƏRTAC xəbər verir ki, mayın 10-dan noyabrın 23-dək keçirilən XIX Arxitektura Biennalesində ölkəmiz Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə “Tarazlıq. Azərbaycanın motivləri” (“Equilibrium. Patterns of Azerbaijan”) adlı pavilyonla təmsil olunur.