Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.
Mayın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə A.Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.
Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib. Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi və Ağdam Sənaye Parkının məsul əməkdaşları ilə görüş keçirilib. Görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyat başlanıb.
Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın ölkəmizin Özbəkistandakı səfirliyinin və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə nəfis şəkildə özbək dilində çap olunan “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.