
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 744 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 105 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 731, bu günə qədər isə ümumilikdə 6 milyon 811 min 382 test icra olunub.