
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 144 yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 808 min 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 min 222 nəfər müalicə olunaraq sağalıb, 9 min 793 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 698 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 280, bu günə qədər isə ümumilikdə 7 milyon 122 min 716 test icra olunub.