Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 351 nəfər müalicə olunaraq sağalıb, 9 mın 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 199 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 624, bu günə qədər isə ümumilikdə 6 milyon 746 min 85 test icra olunub.