
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, koronavirusa yoluxma halı ilə əlaqədar ölüm hadisəsi qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 min 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 211 nəfər müalicə olunaraq sağalıb, 9 min 983 nəfər vəfat edib. Aktiv xəstə sayı 258 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1678, bu günə qədər isə ümumilikdə 7 milyon 380 min 526 test icra olunub.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









