AzNews.az məscidin hazırki vəziyyətini fotolarla ictimailəşdirən Fuad Babayevlə əlaqə saxladı. Fuad Babayev ilk növbədə tarixi-dini abidənin vəziyyəti ilə bağlı yazılar dərc etmiş media nümayəndələrinə minnətdarlığını bildirdi:

“Həmkarlarıma minnətdaram. Artıq Xanəgah məscidinin uçulmaqda olması haqqında auditoriyanın məlumatı var. Və ümid ediəm ki, bu ürəkağrıdan prosesi durdurmalı olan yetkililərin də xəbəri var bu məsələdən.”

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alınıb. Bu haqda məlumat verən “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Faiq İsmayilov qeyd edib ki, bu tarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdədir. Ekspertin sözlərinə görə, zaman-zaman baxımsızlıq ucbatından təbiət hadisələrinin təsiri nəticəsində abidə yararsız hala düşdüyündən özünün son dövrünü yaşayır və bərpaya ehtiyacı var.

Səidə NURMƏMMƏDLİ
AzNews.az