
Sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1981-ci ildən etibarən bütün dünyada qeyd olunan bu gün sülhü, anlaşmanı və zorakılığın qarşısının alınmasını təbliğ etmək məqsədi daşıyır. İnsanları sülhə, sabitliyə və təhlükəsizliyə çağıran bu gün, həm də həmrəyliyin simvoludur.
Milli Kitabxanada bu günlə əlaqədar “21 sentyabr – Beynəlxalq Sülh Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan – Ermənistan – ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar və s. mövzu haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Ulu Öndər Heydər Əliyevin sülh strategiyası, inkişaf və sülh ideyaları, Prezident İlham Əliyevin sülh missiyası, ümumdünya sülh və inkişaf konsepsiyası, sülh, əmin-amanlıq, təhlükəsizlik, sabitlik və demokratiya və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










