
İyulun 10-da “İdman hamı üçün” layihəsi çərçivəsində Sumqayıtda veloyürüş keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin və “Sumqayıt Velosiped İdman Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Sumqayıt Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Elgün Hümbətov AZƏRTAC-a bildirib ki, Sumqayıt bulvarında təşkil olunan yürüşdə 70-dən çox idmançı və həvəskar velosipedçi iştirak edib.
Kütləvi idman tədbirinin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.