Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlının “XIII-XIV əsrlər tarixinə yeni baxış” kitabı beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olub. Universitetin elmi şurasının müvafiq qərarı ilə nəşr olunmuş kitab rus, ingilis, alman, fransız, italyan, ispan, portuqal dilinə tərcümə edilərək çap olunub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, kitabın tərcümə və yayımını 2021-ci ildə “LAP LAMBERT Academic Publishing” beynəlxalq nəşriyyatı həyata keçirib. Kitab “Tatar-monqolların Azərbaycan tarixindəki rolu” adı ilə 7 dillə tərcümə olunub.