Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması riskinin qarşısını almaq üçün Ramazan ayı boyunca bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən bununla bağlı bütün vilayətlərə təlimat göndərilib.
Təlimatda bildirilir ki, virusun yayılma riski ilə əlaqədar Ramazan bayramında kütləvi tədbirlər, o cümlədən iftar mərasimlərinin keçirilməsi məqsədilə çadırların qurulması qadağandır. Bundan başqa, çörək sexlərinin və digər qida məhsulları istehsalı müəssisələrinin fəaliyyəti iftardan bir saat əvvəl dayandırılacaq. İctimai nəqliyyatda sıxlığı aradan qaldırmaq məqsədilə iftara yaxın saatlarda sərnişinlərin daşınması üçün nəqliyyat vasitələrinin sayı artırılacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









