Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1498 nəfərə, yaralananların sayı 8 min 533 nəfərə çatıb.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, yeni rəqəmləri AFAD sədri Yunus Sezer açıqlayıb. Onun sözlərinə görə, Kahramanmaraş zəlzələsindən sonra 130 afterşok qeydə alınıb, 2 min 834 bina çöküb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.