1992-ci il fevralın 26-na keçən gecə Xocalıda baş verən dəhşətli hadisələrin ildönümü həlak olan günahsız 613 dinc azərbaycanlının xatirəsini yad etmək üçün növbəti fürsətdir.
Ukraynalı alim, tarix elmləri namizədi Oleq Kupçik bu barədə AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bəşəriyyətə qarşı cinayətlərin və hərbi cinayətlərin iddia müddəti yoxdur, təqsirkarlar tez və ya gec cəzalandırılacaqlar.
Oleq Kupçik deyib: “Bu cinayət sovet ordusunun hərbi qulluqçuları və erməni hərbiləşdirilmiş dəstələri tərəfindən törədilib. Xocalı hadisəsi planlaşdırılmış birgə əməliyyat idi, çünki Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolunun üstündə yerləşən bu yaşayış məntəqəsi çox mühüm idi,”.
Ukraynalı alim qeyd edib ki, Azərbaycan rəhbərliyi tərəfindən aparılan multikulturalizm siyasəti etnoslararası yaxud millətlərarası münaqişələrin qarşısını alır və onları qeyri-mümkün edir, həmçinin bir çox millətlərin nümayəndələrinin respublikada dinc yanaşı yaşamasını təmin edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev