
Yevlaxda müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ərazisinin relyefinə uyğun olaraq 500-ə yaxın müxtəlif növ ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyada şəhər icra hakimiyyətinin, YAP rayon təşkilatının, idarə və müəssisələrin rəhbər və əməkdaşları, partiya fəalları, gənclər iştirak ediblər.