BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı (FFD4) iyulun 1-də İspaniyanın Sevilya şəhərində öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, hər 10 ildən bir keçirilən və 164 dövlətin və 49 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizi Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, İspaniya Krallığındakı səfir, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin məsul vəzifəli şəxsləri daxildir.
Konfransda, eyni zamanda COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi iştirak edir.
İlk iş günündə konfransın prezidenti və digər seçkili orqanlarına keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri konfransın vitse-prezidentlərdən biri olaraq seçilib.
BMT-nin İnkişaf üçün Maliyyələşdirmə Konfransı dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək üçün maliyyə resurslarının, siyasətlərin və beynəlxalq əməkdaşlığın səfərbər edilməsi və uzlaşdırılması üzrə qlobal platformadır.
İlk dəfə olaraq Avropa ölkəsində baş tutan konfransın gündəliyinə borcun idarə edilməsi və yeni islahatların təşviqi, beynəlxalq vergitutma prosesində vergidən yayınma hallarını aradan qaldırmaq üçün çərçivə və konvensiyaların təkmilləşdirilməsi, iqlim dəyişikliyi ilə inkişaf üçün maliyyələşmələr arasında qarşılıqlı inteqrasiya kimi mövzular daxildir.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











