Milli Hidrometeorologiya Xidmətinin martın 12-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı hava şəraiti davam edir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, əksər rayonlarda və Abşeron yarımadasında qar yağıb, bəzi yerlərdə intensiv olub.
Qərb küləyinin sürəti Neftçalada 32, Salyanda 22, Naftalanda 20, Tərtərdə 18, Sumqayıt, Qum adasında 21, Neft daşlarında 20, Bakı, Binə və Çilov adasında 18 metr/saniyə olub.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.5 metrə çatıb.