Qarabağ muzeyləri
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.
Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.
“İrs” rubrikasında Qarabağ muzeyləri ilə bağlı məlumatları ardıcıl olaraq təqdim edəcəyik.
Xalqlar Dostluğu muzeyi 1987-ci ildə Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi fəaliyyətə başlamışdır.
Muzey Yuxarı Yeməzli kəndində sovxozun idarə binasının 10-15 metrliyində yerləşirdi. Muzeydə xalqlar dostluğunu simvolizə edən foto-şəkillər, Süsən dağında olan mağaradan tapılmış daş muncuqlar saxlanılırdı. Bu muncuqların bəzisi kobud şəkildə yumru, bəziləri isə cilalanmışdı. Xalqlar Dostluğu muzeyində müxtəlif növ xalçalar, kilimlər, palazlar, mis, gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar qorunub saxlanılırdı.
Muzeydə 200 yaxın ekponat sərgilənirdi.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhərinin işğal edilməsi nəticəsində muzeyin binası və iki yüzə yaxın eksponatı məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır.
Hazırda muzey fəaliyyət göstərmir.

















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











