Kərkicahan qəsəbəsində yerləşirdi. Sahəsi 1050 kv. metr olan, muzeyin binası Məhəmmədhəsən xanın mülkü olmuşdur.

1940-1950-ci illərdə Kərkicahanda məktəb olmadığı üçün həmin bina 12 il məktəb kimi fəaliyyət göstərib. Yeni məktəb tikildiyi gündənsə muzey şəklində fəaliyyət göstərmişdir. Muzeyin eksponatlarına gəlincə, onların sırasında Qarabağın məşhur şair-rəssamı Mir Möhsün Nəvvabın 8 rəsm portreti, bir çox xan və ağaların əşyaları (qılıncları, kəmərləri, geyimləri və s.), qədim Qarabağ xalçaları (28 ədəd, onlardan ikisi işğal zamanı yandırılmışdır), ən cavanı XVIII əsrə aid olan qədim əlyazmalar və kitablar, qədim və müasir tüfəng növləri və s. xüsusilə diqqətləri çəkən, Azərbaycan tarixixinə, mədəniyyətinə maraq yarada biləcək eksponatlar idi.
Vaxtilə Rusiyanın, Ukraynanın, Belorusiyanın, Türkiyənin, İranın, Özbəkistanın, Almaniyanın, Suriyanın və ABŞ-ın dahi adamları, alimləri bura gəlmiş, öz heyranlıqlarını bildirmişdilər. Kərkicahan işğal olunan zaman eksponatların 98%-i çıxarılmış, digərləri isə təəssüf ki, muzeylə birlikdə yandırılmışdır. Muzeyin qorunub saxlanılmış kolleksiyası hazırda Gəncə Şəhər Muzeyində saxlanılır.
Muzeyin sonuncu direktoru Nazim Məmmədov olmuşdur.
Hazırladı: Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









