Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin Ukraynadakı səfirliyinin diplomatlarının Kiyevdən Lvova köçürülməsi barədə məlumat yayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar paytaxt Kiyevdə artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Lvov şəhərinə köçüblər.
Müvəqqəti olaraq Lvovda fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:
+380 73 5050000;
+380 99 408 99 43.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









