
Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində “Xocalı: Şahidlər danışır” kitabı özbək dilində dərc edilib.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi yazıçı-publisist, tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlilidir.
İ.Əlili bildirib ki, kitab Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunub: “Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli vəhşətidir. Kitabda 1992-ci il fevralın 26-sının – o qanlı gecənin şahidlərinin xatirələri və xocalı gənclərinin fikirləri yer alıb. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı söyləməliyik. Bu kitab artıq 13-cü (Azərbaycan, rus, ingilis, türk, alman, ispan, italyan, fransız, ərəb, fin, holland, urdu, özbək) dildir ki, tərcümə edilərək nəşr olunub”.
Qeyd edək ki, kitabın öz sözünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist, Prezident təqaüdçüsü Azadə Novruzovadır. Kitabın yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









