
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar hazırlanan, üzərində Xocalı faciəsini əks etdirən poçt markaları olan 300 ədəd flayer Alman Bundestaqına, Bavariya Parlamentinə, Almaniya Mərkəzi Protestan kilsəsinə, Alman Mərkəzi Arxeparxiyasına, Almaniyada Yəhudilərin Mərkəzi şurasına və Almaniyada Müsəlmanların Mərkəzi şurasına göndərilib.
AZƏRTAC xəbər verir ki, flayerlərdə mənfur qonşularımızın 30 il bundan əvvəl Xocalı şəhərində günahsız soydaşlarımıza qarşı etdiyi soyqırımı haqqında məlumatlar alman dilində əks olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









