Azərbaycanın Dağlıq Qarabağ bölgəsi tarixən ermənilərin ərazi iddialarının mərkəzi olubdur. Erməni müəllifləri Dağlıq Qarabağı mifik Böyük Ermənistan dövlətinin tərkib hissəsi kimi qələmə verməyə çalışırlar. Onlar bunu onunla əsaslandırırlar ki, güya Dağlıq Qarabağın əhalisinin əksəriyyətini ermənilər təşkil edirlər.
Lakin bildiyimiz kimi hələ XIX əsrin birinci yarısında Rusiya –İran və Rusiya-Osmanlı müharibələri nəticəsində İrandan və Osmanlı dövlətindən 200 minə qədər erməni Rusiya imperiyasının ərazisinə köçürülmüş və onların əsas hissəsi keçmiş Azərbaycan xanlıqları olan İrəvan, Naxçıvan və Qarabağda yerləşdirilmişdir. Bu vaxtdan başlayaraq ermənilər Azərbaycan torpaqlarına kütləvi şəkildə köçür, burada kök salır, artır və bu ərazilərin adlarını dəyişdirərək özələşdirirdilər. Bu proses mərhələlərlə silahlı və dinc təcavüz yolu ilə gedirdi.
1923-ci ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vialyətinin (DQMV) yaradılması Qarabağın tarixi inzibati və iqtisadi sərhədlərinin pozulmasına gətirib çıxarmışdır. Tarixən vahid siyasi və iqtisadi bir bölgə olan Qarabağın etnik prinsip əsasında bölünməsi, Azərbaycanın həm daxili, həm də xarici sərhədlərinin müəyyən olunmasında böyük əngəllər yaratmışdır. Sovet tarixşünaslığında bu «Lenin milli siyasətinin qələbəsi» kimi qələmə verilirdi. Şuşa qəzasının 115 kəndi, o cümlədən Şuşa və Xankəndi şəhərləri, Cavanşir qəzasının 52, Qaryaqin qəzasının 30 kəndi, Qubadlının 1 kəndi DQMV tərkibinə qatılır. 1923-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən onun ərazisi 4160,5 km2 təşkil edirdi. Lakin, təkcə 1923-1925-ci illər ərzində Azərbaycan SSR-nin torpaq fondundan muxtariyyətə 16 min desyatin yararlı torpaq verilmişdir. Bundan başqa, DQMV ilə Qarabağın digər qəzaları arasında baş verən sərhəd mübahisələri əsasən birincinin xeyrinə həll olunurdu. Bu dövrün arxiv sənədlərinin tədqiqatı göstərir ki, DQMV yaradılarkən ermənilərin daim torpaq çatışmazlığı şikayətlərinə çavab olaraq onun tərkibinə hətta müsəlman qəbristanlıqlarının əraziləri verilirdi. Bunların nəticəsində, XX əsrin 30-cu illərinin əvvələrinə DQMV ərazisi 4431,7 km2 çatmışdır. Ən maraqlısı o idi ki, DQMV əhalisi əsasən ermənilər olduğu halda, onların yaşadığı kəndlərin əksəriyyəti türk adları daşıyırdı. Bu bir daha bu qurumun süni olduğunu subut edir və ermənilərin Qarabağa gəlməəhali olduğunu göstərirdi.
Azərbaycanın tərkibində muxtariyyət qazanan ermənilər bununla kifayətlənmədilər. İndi onların məqsədi Dağlıq Qarabağda ermənilərin sayını artırmaqla, azərbaycanlıları buradan sıxışdırmaq vəərazini tamamilə erməniləşdirmək idi. Bu məqsədlə Azərbaycanın müxtəlif bölgələrində yaşayan ermənilərin dövlət idarələrinə müraciətləri başlandı. Beləki, 1925-ci il martın 12-də Nuxa qəzasında yaşayan erməni qaçqınları DQMV XKŞ sədri A. Karakozova müraciət edərək ondan muxtar vilayətin ərazisinə köçmək üçün icazə istəyirlər. Müraciət iki min erməninin iştirakı ilə toplanmış yığıncaqda qəbul edilmişdir. Ermənilər öz xahişlərini beləəsaslandırırdılar ki, güya «100 il bundan əvvəl onlar müəyyən tarixi səbəblərdən Dağlıq Qarabağı məcburi tərk ediblər və indi vətənə qayıdıb burada daimi məskən salmaq istəyirlər». Görəsən bir yerdə bir əsr yaşamış insanları necə qaçqın adlandırmaq olar? Bu bəhanə ancaq ermənilərin ağlına gələ bilərdi. Lakin ermənilərin müraciəti cavabsız qalmadı. Karakozov bu müraciəti torpaq komissarlığının köçkünlərlə bağlı şöbəsində razılaşdırdıqdan sonra, 1925-ci ilin yayında ermənilərin xahişinə müsbət cavab verildi. Nəticədəən azı iki min erməniyə yeni yaşayış yerinə köçməyə icazə verildi.
Digər müraciət Gəncə qəzasının dağlıq hissəsində yaşayan ermənilər tərəfindən daxil olmuşdur. Burada işləyən erməni kommunistləri qəzanın erməni əhalisi arasında Gəncə qəzasının dağlıq hissəsinin ondan ayrılmasının və DQMV birləşdirilməsi fikrini təbliğ edirdilər. Onlar yerli azərbaycanlıları millətçilikdə, ermənilərin vətəndaş hüquqlarının pozulmasında, onların şikayətlərinə yerli orqanlar tərəfindən baxılmamasında günahlandırırdılar. Bununla bağlı Azərbaycan MİK, Azərbaycan XKŞ, Azərbaycan KP məktublar göndərirdilər. Nəticədə AKP MK Rəyasət heyətinin 1923-ci il 9 oktyabr tarixli iclasının qərarı ilə Gəncə qəza icrayyə komitəsinə tapşırılır ki, erməni kəndləri ilə yazışma erməni dilində aparılsın və hətta qəza icrayyə komitəsinin sədrinin müavinlərindən biri erməni təyin olunsun.
Bu uğurdan ruhlanan ermənilər 1925 ilin yayında Gəncə qəzasının Yuxarı Hacikənd rayonunun 14 erməni kəndinin nümayəndələri yığıncağında Zaqafqaziya Diyar komitəsinin nümayəndəsinin iştrakı ilə AKP MK müraciət qəbul edirlər. Müraciətdə onlar növbəti dəfə Dağlıq Qarabağla birləşməyi dilə gətirərək, bunu erməni ənənəsinə sadiq formada əsaslandırırlar: 1) torpaq çatışmazlığı; 2) ermənilərin yerli hakimiyyət orqanlarında zəif təmsil olunması; 3) Dağlıq Qarabağ erməniləri ilə mədəni və dil birliyi; 4) və hətta yerli ermənilərin öz müqəddəratını təyin etmək hüququnun olması. Bu müraciətə AKP MK Rəyasət heyətinin 1925-ci il 16 noyabr iclasında B. Vəlibəyovun məruzəsi əsasında baxılır. Məruzəçi ermənilərin tələblərinə cavab olaraq bildirir ki: 1) torpaq məsələsinin həlli üçün heç də rayonun Dağlıq Qarabağa birləşdirilməsi vacib deyil və yerli türk əhalisinin torpaqları hesabına həll etmək lazımdır; 2) Hacıkənd rayonu Dağıq Qarabağdan 200 verst məsafədə yerləşdiyi üçün onun buradan idarə olunması mümkün olmaz; 3) rayonun ayrılması və muxtar vilayətə birləşdirilməsi bütün Zaqafqaziyada bü cür hallara təkan verər və bu öz növbəsində millətlərarası münasibləri gərginləşdirər. Nəhayət, AKP MK Rəyasət heyətinin 1925-ci il 23 noyabr tarixli iclasında ermənilərin Yuxarı Hacikənd rayonunun Gəncə qəzasından ayrılması və Dağlıq Qarabağa birləşdirilməsi iddiası rədd edilir. Lakin ermənilərin torpaq məsələsi, onların yerli hakimiyyət strukturlarına geniş cəlb olunması məsələsi müsbət həllini tapır. Ermənilərin növbəti fitnəsi baş tutmasa da, onlara həmişə olduğu kimi yerli azərbaycanlıların torpaqları hesabına yeni ərazilərin verilməsi vəd olundu.
Beləliklə, erməni millətçiləri XX əsrin əvvəllərində Azərbaycan torpaqlarını silahlı yollarla yanaşı, dinc təcavüz üsulları ilə işğal etməyə can atırdılar. Məqsəd isə Ermənistanla həmsərhəd olan Azərbaycan torpaqlarında kiçik erməni anklavları yaratmaq vəəlverişli tarixi şərait yaranarkən onları Ermənistana birləşdirmək idi.
İlqar Niftəliyev
26.03.2019