
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamış sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsində araşdırma aparılır.