1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Prezident İlham Əliyev: Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər
  • Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib
  • Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

Çar məmurlarından heç kəs erməni qatillərinin gülləsindən, xəncərindən və yaxud bombasından sığorta olunmamışdı

23.04.2018

…1905-ci ilin əvvəlində, elə ki Rusiyada inqilabi hərəkatın dalğaları daha da yüksəldi, “Daşnaksütyun”un liderləri partiyanın bütün yerli təşkilatları üçün yeni konkret proqram tərtib etməyin zəruriliyini başa düşdülər. 

dasnaklarBu proqram tez-tez dəyişilən inqilabi şəraitdə fəaliyyət üçün birbaşa rəhbərlik rolunu oynamalı idi. “Daşnaksütyun”un III Vyana qurultayında qəbul etdiyi mülayim inqilabi qərarlar artıq onun rəhbərlərini və barışmaz əhval-ruhiyyəli erməni burjuaziyasını təmin etmirdi. Hər cür eyhamdan uzaq olan hücum fəaliyyətini və silahlı terroru bəyan edən yeni direktivlər lazım idi…

…”Daşnaksütyun”un terrorçu təşkilatı mürəkkəb, çoxşaxəli, hərtərəfli, bununla bərabər, çevik bir sistem olmuşdur. Məhz onlar erməni terrorçularının ən mühüm silahı idi. Əsaslı surətdə gizli fəaliyyətə keçirilmiş, zəruri hallarda biri digərini əvəz edə bilən manqalardan ibarət terrorçu qurum pul, silah, saxta və əsl sənədlərlə, o cümlədən xarici pasportlarla müntəzəm təmin olunurdu və erməni əhalisinin üstünlük təşkil etdiyi yerlərdə belələrini tutub saxlamaq, praktiki olaraq, qeyri-mümkün idi. Erməni əhalisi terrorçulara rəğbətlə yanaşırdı.

O dövrdə erməni terrorçularının azğınlığının və cəzasızlığının hansı səviyyəyə çatdığını aşağıdakı sənəd sübut edir. Onun mətnini bütövlükdə nəzərinizə çatdırırıq.

 Qafqaz administrasiyası üzrə Rusiya hökumətinə

 ƏMR

“Daşnaksütyun” erməni inqilabçı partiyası bütün qorodovoylara, keşikçilərə, məhəllə nəzarətçilərinə, pristavlara və axtarış polisinə, yuxarıda verilən əmrlərin digər icraçılarına elan edir ki, əgər ermənilərdən silah almağa,axtarış aparmağa və Cənubi Qafqazın erməni əhalisindən bu məqsədlə adam həbs etməyə cəsarət etsələr, amansızlıqla məhv ediləcəklər. Qoy onlar belə bir hərəkət etməmişdən əvvəl Bakının qubernatoru Nakaşidzeni, Yelizavetpolun vitse-qubernatoru Andreyevi, qəza rəisləri Boquslovskini, Şmerlinqi, Naşanskini, Pavlovu, polismeyster Saxarovu, pristavlar Cavaxovu, Şumakeviçi, məhəllə nəzarətçisi Ter-Saakovu, qorodovoy Sergeyi, dalandar Şeqonu və bir çox başqalarını xatırlasınlar. Canişindən 25 manat, yoxsa inqilabçıdan güllə – Seçim sizindir.

Canişin zərərçəkənin ailəsinin təminatına söz vermişdir. Bu, bizim işimizi yüngülləşdirir. Axı heç bir günahı olmayan köməksiz ailə inqilabçını kövrəldə bilərdi. İndi bu maneə də aradan qaldırılmışdır.

“Daşnaksütyun” erməni inqilabçı partiyasının Qafqaz Məsul Komitəsi” 22 may 1905-ci il.

Bəhs olunan dövrün səciyyəvi sənədidir. Həmin illərdə “Daşnaksütyun”un terroru kütləvi hal almışdı və çar məmurlarından heç kəs erməni qatillərinin gülləsindən, xəncərindən və yaxud bombasından sığorta olunmamışdı. Terrorçuların həyasızlığı adamı dəhşətə gətirir: canişinin zərərçəkənlərin ailəsinə yardım edəcəyini vəd etdiyi zaman “bu maneənin də aradan qalxması” və kim düşmən sayırlarsa, onu küncdə-bucaqda öldürməyə mənəvi hüquqa malik olmaları barədə belə mühakimələr görünməmiş vəhşilik idi.

Daşnak terrorçuları çar hökumətini elə qorxuya salmışdılar ki, dövlət məmurları öz əlləri ilə məxfi sənədlərini ermənilərə ötürür, öz xəfiyyələrini düşmənə nişan verirdilər.

Yalnız terrorçu təşkilatların və milis xumbalarının köməyi ilə “Daşnaksütyun”un planlarını həyata keçirmək qeyri-real idi. Ermənilər yalnız çar hökuməti ilə mübarizə aparmaq və hakimiyyəti ələ almaqla öz vəzifələrini bitmiş hesab etmirdilər. Onlar azərbaycanlıları, qismən də gürcüləri zorla sıxışdırmaq, onların torpaqlarını tutmaqla “Böyük Ermənistan” yaratmaq niyyətində idilər. Belə geniş miqyaslı məqsədlər üçün nizami ordu tələb olunurdu. Odur ki, “Daşnaksütyun” 1900-cü ilin əvvəlindən etibarən hər yerdə ordunun təşkilinə başladı. Öz silahlı qüvvələrinə malik olmaları haqda hələ “Daşnaksütyun”un 1892-ci il qurultayında bəhs qərar qəbul olunmuşdu.

Zinvorların (əsgərlərin) orduya cəlb olunması silahlanma ilə bərabər aparılırdı. Hərbi birləşmələr komplektləşdirilərkən, daşnaklar, xüsusilə ilkin dövrlərdə, keyfiyyətdən çox, kəmiyyət dalınca qaçırdılar. Odur ki, Cənubi Qafqazda terrorçu çıxışların ən fəal dövründə (1905-ci il) “Daşnaksütyun” ordusunun say tərkibi, Şahidlərin və müasirlərin fikrincə, 100 000 nəfərə çatırdı.

Ola bilsin, bu “yuvarlaq” rəqəm şişirdilmişdir. Şübhəsiz ki, zinvorların sayı çox olmuşdur. Orduya təlim toplanışına çağırılan hər bir zinvor maaş almalı idi (ayda 30 manat). Arxiv sənədlərindən də göründüyü kimi, zinvorlar ordusunun saxlanılmasına daşnakların 10 milyon manata qədər pul xərclədiklərini təsdiq edən məlumatlar vardır. Ordu qurumlarını qaydaya salmaq, intizamı möhkəmləndirmək, yaraqlı zinvor dəstələrinə nizami ordu xarakteri vermək üçün onun fəaliyyətini müvafiq sənədlərlə reqlamentləşdirmək tələb olunurdu. Bunu rəhbər tutan “Daşnaksütyun” liderləri hərbi işdən baş çıxaran mütəxəssislərin iştirakı ilə Erməni İnqilabi İttifaqının hərbi nizamnaməsini işləyib hazırladı (1904-cü il), habelə dinc dövrdə “Daşnaksütyun” erməni inqilabi partiyasının hərbi dəstələrinin Proqramını tərtib etdi (1905-ci il).

Proqramın “Məqsəd” adlı fəslində göstərilirdi: “Daşnaksütyun” erməni inqilabi partiyasının göstərdiyi qayda ilə silah gücünə milli azadlıq əldə olunmasına hazırlaşmalı”. Sonra isə göstərmişdir ki, o kəslər zinvor (yaraqlı) adlanır ki, öz canını “Daşnaksütyun” erməni inqilabi partiyasının ixtiyarına verir.

Bəxtiyar Nəcəfovun “Düşmənin iç üzü. XIX əsrin sonu XX əsrin əvvəllərində Türkiyə və Cənubi Qafqazda erməni terrorunun tarixindən” (Bakı, Çaşıoğlu, 2007) kitabından

Tweet
1905.az

Oxşar yazılar

1. Qafqazda erməni dövlətinin yaranması 2. “Erməni məsələsi”nə dair faktlarla zəngin kitab MEK-ə daxil olub 3. Erməni dövləti necə yarandı? 4. “İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması 5. Ermənilər “erməni dövləti” haqqında 6. Ermənilər XIX əsrin sonlarında kilsələrinin güclü dəstəyi ilə terrora başladılar və qanlı hadisələr törətdilər

azərbaycan xalq cümhuriyyəti - 100

Kvartet

FORMULA – 1

QONDARMA SOYQIRIMIN NÖVBƏTİ “AD GÜNÜ” VƏ BİLDİKLƏRİMİZ

SERİALLARIMIZ

DIASPOR MEDIADA

“Çek-ap”

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

Müsahibə

Cəbi Bəhramov

“Dağlıq Qarabağ məsələsi yalnız 1988-ci ildə qalxmamışdı”

Nigar Gözəlova

“Sübut və dəlillərlə danışanda ermənilərin çığır-bağır salmaqdan özgə yolları qalmır”

Jalə Mütəllimova

“Məişət səviyyəsinə endirdiyimiz publika ilə biz heç yerə gedə bilməyəcəyik.”

Musa Qasımlı

“1918-ci ildə Bakıda azərbaycanlı əhalinin dörddə bir hissəsi öldürülüb”

Firdovsiyyə Əhmədova

“Topçubaşov Bakı küçələrində gəzərək, qırğınların qarşısını almağa səy göstərirdi”.

Solmaz Rüstəmova Tohidi

“Azərbaycan Demokratik Respublikasının sovet işğalı ilə əlaqədar 1918-ci il qırğınları ilə bağlı siyasi qərar verməyə vaxtı çatmayıb”

Sütun

Fuad Babayev

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Ulu öndərin xeyir-duası ilə

WORLD OF TANKS

52 İLLİK 2 PROSESİN SONU 

Anar İsgəndərov

1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı

Kərim Şükürov

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

Şıxəli Əliyev

Erməni “soyqırımı”nın fotoşəkli 20 Yanvarda çəkilib?

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

Bizim sənətçi

RETROSPEKTİVA – Mübariz İbrahimovun obrazını mozaikada işləmək istəyən ƏMİRXAN MƏMMƏDVƏLİYEV

 – Əmirxan müəllim, neçə illərdir mozaika işi ilə məşğulsunuz…

–  Bu işlə 1976-cı ildən məşğulam. İlk işim də indiki “Azərbaycan” nəşriyyatının qarşısındakı tablo və böyründəki rəngli şüşədən vitraj olub.

Irs

Xocalıda məhv edilən həm də tarixi və mədəni abidələrimizdir

 

Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları da vandalizmin qurbanlarına çevrildi

 

Xocalı sözü nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir.

Söz

Məmməd Araz – Ayağa dur, Azərbaycan!

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!

Infoqrafika

Xocalı 1992

az_infoqrafika-Xocali

Bukinist Mendel

Bir səfirin sərsəmləmələri

bukinist mendel foto

“Səfir Morqentaunun tarixçəsi. Erməni xalqının faciəsi” kitabı 2010-cu ildə Moskvada, “Sentopoliqraf” nəşriyyatında çap olunub. Kitab 1913-1916-cı illərdə Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri olan Henri Motqentau tərəfindən qələmə alınıb. Xüsusi olaraq qeyd edək ki, Henri Morqentaunun qələmə aldığı kitabın əsil adı “Səfir Morqentaunun tarixçəsi”dir və “Erməni xalqının faciəsi” adının buraya əlavə edilməsi kitabın rus naşirlərinin təşəbbüsüdür. Elə həmin naşirlər tərəfindən də kitabın annotasiyasında nəşrdə Türkiyə imperiyasının şərq əyalətlərində yaşayan ermənilərin qırılmasının təsvir olunduğu vurğulanır. Halbuki 319 səhifəlik kitabın yalnız onda bir hissəsi ermənilərlə bağlı məsələlərə həsr olunub.

Wallpaper

Kəlbəcər rayonu, Tağlıdaş körpüsü

+++az_oboy_Kəlbəcər rayonu_Tağlıdaş körpüsü

Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

© 2018 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto