HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Türkiyə Respublikasının 100 illiyi münasibətilə “Türk şəhidliyi” abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub

Oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 100 illiyi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları oktyabrın 29-da Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyublar.

Bakıda ilk dəfə Musiqi Forumu işə başlayıb

Oktyabrın 29-da “Gülüstan” sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Milli Məclisin sədri Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı – Respublika Gününün 100-cü ildönümü münasibətilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda TBMM sədrinə, üzvlərinə və qardaş Türkiyə xalqına Sahibə Qafarovanın və Azərbaycan parlamentinin üzvləri adından ən xoş arzular ifadə olunur.