
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Cümhuriyyət Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
“Bu gün bölgədə və dünyada xüsusi rola malik qardaş Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur. 29 Oktyabr – Cümhuriyyət Günün mübarək və Türkiyə Yüzili çərçivəsində inkişaf və yüksəlişin davamlı olsun, can Türkiyə! Bir millət – iki dövlət”, – deyə nazir qeyd edib.
Həmçinin, Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki səhifəsində də bu əlamətdar günlə bağlı paylaşım edilib: “Qardaşlıq, dostluq və həmrəyliyimizin əsasında duran “Bir millət – iki dövlət” kəlamı ilə bağlı olduğumuz Türkiyə Cümhuriyyətini 100 yaşının tamam olması münasibətilə təbrik edir və bu əlamətdar günün memarı Qazi Mustafa Kamal Atatürk və onun silahdaşlarının əziz xatirəsini hörmətlə anırıq”.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










