HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən bildirilib.

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

“Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsidir. Siz qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz. Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır.”

Xocali faciəsinin itkinlərindən bəhs edən “13” bədii-sənədli filminin premyerası keçirilir

Fevralın 24-də Nizami Kino Mərkəzində Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin premyerası keçirilir. Filmin ilk nümayişindən sonra ictimai müzakirələr olacaq.

AZƏRTAC xəbər verir ki, filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur.

Şuşa-Laçın yolunda maraqlı görüntü


Şuşa-Laçın avtomobil yolunda nadir hallarda rast gəlinən anlar qeydə alınıb. Dağlıq ərazidə aşırımlardan keçən yolda vəhşi atlar görünüb.

Şərti sərhəddə mövqelərimiz Ermənistan tərəfindən yenidən atəşə tutulub

Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.