HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şimal-qərb bölgəsində məktəb-valideyn əməkdaşlığı gücləndirilir

Məktəb-valideyn əməkdaşlığını gücləndirmək məqsədilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şimal-qərb bölgəsində konfranslara start verilib. İlk olaraq Şəki şəhərində, Oğuz və Zaqatala rayonlarında təşkil edilən valideyn konfransları “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” və “Zərərli vərdişlərlə mübarizə” mövzularına həsr olunub. Konfranslarda Regional Təhsil İdarəsinin struktur və bölmə rəhbərləri, əlaqədar dövlət qurumlarının əməkdaşları, təhsil müəssisələrinin nümayəndələri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və 500-dən çox valideyn iştirak edib.

Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir

1986-cı il aprelin 26-da bəşər tarixinin ən dəhşətli texnogen fəlakətlərindən biri baş verib. Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokundakı partlayış təkcə reaktoru məhv etməyib, həm də milyonlarla insanın həyatını təhlükəyə atıb, dünyanın nüvə enerjisinə münasibətini dəyişdirib və “Çernobıl” sözünü əbədi olaraq faciə, ağrı və qəhrəmanlıq rəmzinə çevirib.

Qaxda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

Aprelin 25-də Qax rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Şəki-Zaqatala Regional nümayəndəliyi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında 10 komanda mübarizə aparıb.