Təhlil

Azərbaycanın həmsərhəd rayonlarında erməni işğalçılarının törətdikləri cinayətlər

Qazaxda-topla-da----d--lm-----ev.-1989-cu-il.

Dövlətlər arasında baş verən müharibələrdə adətən hərbi əməliyyatların daha fəal surətdə cərəyan etdiyi və müvafiq olaraq da bu müharibələr nəticəsində ən çox maddi və insani itkiyə məruz qalan ərazilər həmsərhəd bölgələr olur. Bu mənada Ermənistan dövləti tərəfindən Azərbaycan Respublikasına qarşı elan olunmamış müharibənin ağırlığını ilkin olaraq məhz Azərbaycanın həmsərhəd rayonlarının hiss etməsi təsadüfi deyildir.

İrəvan ermənilərə necə verildi

Mayın 29-u Azərbaycanın tarixi torpağı olan İrəvan quberniyasının ermənilərə verildiyi gündür. Bu, necə və niyə baş vermişdi?

AzVision.az qarşıdakı günlərdə yeni tariximizin ən dramatik məqamı ilə bağlı materialları oxucularına təqdim edəcək.

Qərbi Azərbaycan torpaqlarının verilməsi üçün zəmin Birinci Dünya müharibəsi illərində yaradılmışdı. Şərqi Anadolunu ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində 150 min erməni əsgəri var idi. 1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişindən sonar rus qoşunları silah-sursatı erməni komandirlərinə təhvil verərək, geri çəkilir. Bundan sonra 1918-ci ilin mart soyqırımı ilə kulminasiyasına çatan talanlar başlayır.

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri- II hissə

hist_map_19_e

Ermənilər çar Rusiyasının hərtərəfli köməyi ilə Azərbaycan torpaqlarında yerləşdirildikdən sonra “erməni dövləti” yaratmaq və Azərbaycandan ərazi iddiaları irəli sürməyə başladılar. Cənubi Qafqazda Ermənistan (Ararat) Respublikası yaradıldıqdan və İrəvan şəhərinin ermənilərə güzəşt edilməsindən sonra onlar daha çox şirnikləndilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi 113,9 min kv.km olmuşdu ki, bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 min kv.km-i isə mübahisəli idi. Ermənistan Respublikasının ərazisi isə 9,5 min kv.km idi.