HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

İlkin qaçqınlıq dövrü və erməni dövlətinin təşkili

Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölglərinin rusların əlinə keçməsi anından başlamışdır.

Xaçatur Abovyan: “Bizim dil ən azı 50 faiz türk sözlərindən ibarətdir…”

abovyan

Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq: “Bizim xalq danışıq dilində nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir”. (Х.Абовян, Полное собрание соч., V том, Ереван, Изд. АН Арм. 1950, на армянском языке).


“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

Khanate-of-Eriwan-in-1809-1817-1024x941

1826-cı ildə Rusiya ilə İran arasında yeni müharibə başlandı. Müharibə zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827-ci il, iyun) və İrəvan (1827-ci il, oktyabr) xanlıqlarının ərazisi işğal olundu. Müharibədən sonra İrəvan xanlığı ərazisində 420-dən çox kənd (o cümlədən Qırxbulaq mahalında 32, Zəngibasarda 8, Gərnibasarda 48, Dərəkənddə 8, Vedibasarda 33, Saatlıda 5, Talində 35, Sərdərabadda 9, Karpidə 12, Abaranda 60, Dərəçiçəkdə 33, Göyçədə 90, Dərələyəzdə 46 kənd) dağıdılmış, on minlərlə azərbaycanlı əhali məhv edilmişdi.