“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması
1826-cı ildə Rusiya ilə İran arasında yeni müharibə başlandı. Müharibə zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827-ci il, iyun) və İrəvan (1827-ci il, oktyabr) xanlıqlarının ərazisi işğal olundu. Müharibədən sonra İrəvan xanlığı ərazisində 420-dən çox kənd (o cümlədən Qırxbulaq mahalında 32, Zəngibasarda 8, Gərnibasarda 48, Dərəkənddə 8, Vedibasarda 33, Saatlıda 5, Talində 35, Sərdərabadda 9, Karpidə 12, Abaranda 60, Dərəçiçəkdə 33, Göyçədə 90, Dərələyəzdə 46 kənd) dağıdılmış, on minlərlə azərbaycanlı əhali məhv edilmişdi.